Kaliforniyada təlimlər zamanı hərbi helikopter qəzaya uğrayıb

Digər ölkələr
  • 04 aprel, 2018
  • 06:15
Kaliforniyada təlimlər zamanı hərbi helikopter qəzaya uğrayıb
AP

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ Dəniz Piyadaları Korpusuna məxsus helikopter Kaliforniya ştatının cənubunda qəzaya uğrayıb.

"Report" AP-yə istinadən xəbər verir ki, göyərtədə olan 4 ekipaj üzvünün öldüyü güman edilir.

"CH-53E Super Stallion" helikopteri Bakı vaxtı ilə dünən gecə, təqribən, saat 01:35-də El Sentro şəhəri yaxınlığında qəzaya uğrayıb. 

Hərbçilərin sözlərinə görə, qəzanın səbəbi hələlik məlum deyil.