ABŞ-da zirehli maşın aşıb, 1 dəniz piyadası ölüb, 6-sı yaralanıb

Digər ölkələr
  • 10 may, 2019
  • 05:32
ABŞ-da zirehli maşın aşıb, 1 dəniz piyadası ölüb, 6-sı yaralanıb

ABŞ-ın Kaliforniya ştatında dəniz piyadalarının təlimi zamanı 1 əsgər ölüb, 6-sı yaralanıb.

“Report” “RT”yə istinadən xəbər verir ki, bunu hərbi komandanlıqdan bildiriblər.

Hadisə dəniz piyadalarını daşıyan yüngül zirehli maşının aşması nəticəsində baş verib.

Hadisənin səbəbi araşdırılır.