Kabildə xəstəxananın girişində partlayışda ölənlər və yaralananlar artdı - YENİLƏNİB-2
- 12 may, 2020
- 11:18
Kabildə xəstəxanada törədilən partlayış nəticəsində ölənlərin sayı 13-ə, yaralananların sayı isə 15-ə çatıb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
*** 12:04
Kabildə terrorçu-kamikadzenin törətdiyi partlayışda 5 nəfər ölüb.
“Report” “TOLO News”a istinadən xəbər verir ki, hadisədən dərhal sonra silahlılar xəstəxanaya daxil olub.
Bildirilib ki, səhiyyə personalının yalnız bir hissəsi hospitalı tərk edə bilib.
Məlumata görə, “Taliban” hücumda iştirakını rədd edib.
*** 11:04
Əfqanıstanın paytaxtı Kabildə xəstəxanalardan birinin girişində törədilən partlayış nəticəsində 4 dinc sakin xəsarət alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı xəsətəxananın həkimi bildirib.
Bildirilib ki, terrorçu-kamikadze partlayıcı qurğunu xəstəxananın girişində işə salıb. Daha sonra hospitala silahlılar hücum edib.
Tibb işçilərinin bir hissəsi binanı tərk edə bilib.
Binada atışmanın baş verdiyi və silahlıların əl qumbarasından istifadə etdiyi bildirilib.
Məlumata görə, bu tibbi müəssisə “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilat tərəfindən dəstəklənir.