Kabulda törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 30 nəfər yaralanıb

Digər ölkələr
  • 28 dekabr, 2017
  • 08:18
Kabulda törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 30 nəfər yaralanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. 

İnformasiyaya əsasən, partlayış dekabrın 28-də “Əfqanıstanın səsi” ("Sada i Afghan") xəbər agentlyinin yaxınlığında baş verib.

Şəhərin qərbində törədilən terror aktından sonra atışma səsləri eşidilib. Partlayışın hədəfinin "Sada i Afghan" xəbər agentliyi olduğu bildirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi "1TV" televiziyasına açıqlamasında deyib ki, partlayıcı qurğunu terrorçu-kamikadzenin işə saldığı güman olunur.

44 - Tezliklə