Kabildə "Taliban" silahlıları 6 polis əməkdaşını qətlə yetirib, dördünü yaralayıb

Digər ölkələr
  • 04 iyul, 2018
  • 11:45
Kabildə Taliban silahlıları 6 polis əməkdaşını qətlə yetirib, dördünü yaralayıb

Bakı. 4 iyul. REPORT.AZ / "Taliban" hərəkatının silahlıları Əfqanıstanın paytaxtı Kabildə polislərə hücüm edib.

"Report" "Pajvak"a istinadən xəbər verir ki, nəticədə altı polis öldürülüb, dördü isə yaralanıb.

Xatırladaq ki, bundan əvvəl Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban" hərəkatı ilə barışığın sona çatdığını və silahlı əməliyyatların bərpa olunduğunu elan edib.

44 - Tezliklə