Kabildə seçki komissiyasının ofisində partlayış törədilib, 2 nəfər ölüb

Digər ölkələr
  • 29 oktyabr, 2018
  • 06:40
Kabildə seçki komissiyasının ofisində partlayış törədilib, 2 nəfər ölüb
AP Photo / Rahmat Gul

Bakı. 29 oktyabr. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabildə seçki komissiyasının ofisində partlayış törədilib.

“Report” “TOLO News” istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, oktyabrın 20-da Əfqanıstanda parlament seçkiləri keçirilib.