Japarov: "ŞƏT plyus" ölkələri çoxtərəfliliyin təşviqinə sanballı töhfə verə bilər

Digər ölkələr
  • 01 sentyabr, 2026
  • 12:38
Japarov: ŞƏT plyus ölkələri çoxtərəfliliyin təşviqinə sanballı töhfə verə bilər
Sadır Japarov

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə "ŞƏT plyus" formatında yüksək səviyyəli görüşü açıq elan edib.

"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbiri açan S.Japarov bəyan edib ki, onun mövzusu - "BMT ədalətli dünya nizamının əsas elementi kimi: ŞƏT plyus dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi"dir.

O qeyd edib ki, beynəlxalq münasibətlər sistemindəki dərin dəyişikliklər şəraitində BMT-nin mərkəzi əlaqələndirici rolunu, eləcə də ədalətli və bərabərhüquqlu dünya nizamının formalaşdırılması üçün ümumi məsuliyyəti təsdiq etmək xüsusilə vacibdir.

Qırğızıstan Prezidenti, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin tədbirdə iştirakını qeyd edərək sülh və sabitlik naminə BMT ilə ŞƏT-in birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, "ŞƏT plyus" formatının ölkələri əhəmiyyətli siyasi, iqtisadi və humanitar potensiala malikdir və çoxtərəfliliyin təşviq edilməsinə sanballı töhfə verməyə qadirdirlər.

44 filmi