Jan-Noel Barro: Fransa İranın hücumlarına qarşı BƏƏ səmasında "Rafale" qırıcılarını yerləşdirib

Digər ölkələr
  • 03 mart, 2026
  • 16:06
Jan-Noel Barro: Fransa İranın hücumlarına qarşı BƏƏ səmasında Rafale qırıcılarını yerləşdirib

Fransa İran tərəfindən edilən hücumlardan hərbi dəniz və hərbi hava bazalarını qorumaq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səmasında "Rafale" qırıcılarını yerləşdirib.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFMTV telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Əbu-Dabi yaxınlığındakı Əl-Dafra bazasında Fransanın hərbi aviasiyası yerləşdirilib, ölkənin BƏƏ-dəki hərbçilərinin sayı yüzlərlədir: "Rafale" qırıcıları obyektlərimizin təhlükəsizliyini təmin etmək üçün səfərbər edilib".

Ötən həftəsonu İran BƏƏ-dəki hərbi bazalara pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə Fransanın hərbi dəniz qüvvələrinin bazasındakı anqar zədələnib. Paris dəymiş ziyanın cüzi olduğunu qeyd edib.

J.Barronun sözlərinə görə, hələ ki, regionda başqa tədbirlər görülmür: "Lakin hərbi obyektlərimizin müdafiəsini və regiondakı maraqlarımızı necə təmin edə biləcəyimiz barədə müzakirələr aparılır".