İtaliya Ukrayna üçün 12-ci yardım paketini hazırlayır
- 24 oktyabr, 2025
- 19:48
İtaliya Ukrayna üçün SAMP/T hava hücumundan müdafiə (HHM) sistemlərinə sursat və raketlərin tədarükünü özündə ehtiva edən 12-ci hərbi yardım paketini hazırlayır.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, parlament prosedurlarından asılı olaraq paket ilin sonuna qədər hazır ola bilər.
Həmçinin bildirilib ki, İtaliya Ukraynaya SAMP/T HHM sistemlərinin iki batareyasını artıq verib.
Qeyd edək ki, Corciya Meloni hökuməti artıq Ukraynaya ümumi dəyəri 2,5 milyard avro ilə 3 milyard avro arasında olan 11 yardım paketi göndərib.
İtaliya hökuməti həmçinin həddindən artıq büdcə kəsiri proseduru başa çatdıqdan sonra müdafiə xərclərinin məhdudlaşdırılmasının ləğvi üçün milli mexanizmin aktivləşdirilməsini nəzərdən keçirir. Hər iki mexanizm Avropa İttifaqının (Aİ) büdcə qaydaları ilə təmin edilir və müdafiənin maliyyələşdirilməsinin artırılmasına imkan verir.