İsveçrədə dəmir yolu stansiyasında kişi bıçaqla 3 nəfəri yaralayıb

Digər ölkələr
  • 28 may, 2026
  • 14:38
İsveçrədə dəmir yolu stansiyasında kişi bıçaqla 3 nəfəri yaralayıb

İsveçrənin Vintertur şəhərində dəmir yolu stansiyasında bir kişi silahlı hücum törədib, bıçaqla 3 nəfəri yaralayıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Məlumata görə, şübhəli şəxs - 31 yaşlı İsveçrə vətəndaşı - saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum səhər saatlarında baş verib. Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdirilib.