İsveçdə “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirildi

Digər ölkələr
  • 29 avqust, 2020
  • 01:35
İsveçdə “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirildi

İsveçin Malmö şəhərinin Rusenqord əyalətində “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib. 

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Bildirilir ki, təxribatçı hərəkətlərdən qəzəblənən 300-ə yaxın sakin Rusenqord, Amiralsqatan və Şeleqatan şəhərlərinin iki əsas küçəsindəki avtomobil yolunu bağlayıblar.

Qeyd olunur ki, hadisə yerinə gələn polislərə daş parçaları, şüşə və yandırıcı maddə atılıb.