İsrailli nazir: “Müharibə bitdikdən sonra Qəzzanı fələstinlilər idarə edəcək”
Digər ölkələr
- 15 yanvar, 2024
- 22:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Radikalların İsrailə qarşı təhlükəsi aradan qalxdıqdan sonra Qəzza zolağı fələstinlilər tərəfindən idarə olunacaq”.
“Report”un məlumatına görə, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant televiziyada çıxışı zamanı deyib.
“Qəzza zolağında fələstinlilər yaşayır və gələcəkdə onlar idarəetmədə iştirak edəcək. Qəzzanın gələcək hökuməti İsrail üçün təhlükə yaratmayan qüvvələr olmalıdır. Hərbi kampaniyanın sonu siyasi cəhətdən təmin edilməlidir”, - Qalant deyib.
Qeyd edək ki, yanvarın 14-də Qalant İsrail hökumətini 2007-ci ildən Qəzza zolağına rəhbərlik edən HƏMAS hərəkatına alternativ İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının mövqeyini gücləndirmək üçün tədbirlər görməyə çağırıb.
Son xəbərlər
12:39
Məsim Məmmədov: "Gələn il Laçında yolların yenilənməsinin II mərhələsi başlayacaq"
İnfrastruktur
12:37
Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək
Region
12:35
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində 9 layihəyə 1,1 milyard manat pul qoyulacaq
Biznes
12:34
"Air India"ya məxsus təyyarə bomba təhlükəsinə görə Caypurda təcili eniş edib
Digər ölkələr
12:34
Nazir müavini: "Xankəndi stadionunun yenidənqurma işləri bitmək üzrədir"
İnfrastruktur
12:33
Foto
Məhdud imkanlar, çətin özünüifadə, vaxtsız implant əməliyyat... - Xüsusi internat məktəbindən REPORTAJ
Elm və təhsil
12:26
Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir"
İnfrastruktur
12:24
Harri Keyn Çempionlar Liqasında Levandovski və Van Nistelroyun göstəricisini təkrarlayıb
Futbol
12:22
Foto
Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
Sosial müdafiə