İsrail SpaceX ilə Starlink rabitə sistemindən istifadə imkanlarını müzakirə edir

Digər ölkələr
  • 17 oktyabr, 2023
  • 18:01
İsrail SpaceX ilə Starlink rabitə sistemindən istifadə imkanlarını müzakirə edir

İsrail İlon Maskın “SpaceX” şirkəti ilə müharibə zamanı rabitə xidmətlərini gücləndirmək üçün “Starlink” peyk rabitə sistemindən istifadə imkanını müzakirə edir.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” İsrailin Rabitə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, “SpaceX” ehtiyat rolunu oynayacaq, digər sistemlər sıradan çıxarılarsa, İsrail “Starlink” xidmətlərinə müraciət edəcək.

Nəşrin mənbəsinin sözlərinə görə, “SpaceX” ilə müqavilə sərhəd yaşayış məntəqələrində fasiləsiz internetə çıxışı təmin edəcək. Eyni zamanda, İsrail Qəzza zolağında internet və telefon rabitəsini də kəsməyi planlaşdırır.

44 - Tezliklə