İsrail 400-dən çox yük maşınının Qəzzaya daxil olmasına icazə verib

Digər ölkələr
  • 19 yanvar, 2024
  • 11:25
İsrail 400-dən çox yük maşınının Qəzzaya daxil olmasına icazə verib

İsrail hakimiyyəti son həftələr ərzində humanitar yardım daşıyan 400-dən çox yük maşınının Qəzza zolağının şimalına keçməsinə icazə verib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Son bir neçə həftə ərzində Qəzzanın şimal hissəsinə 400-dən çox humanitar yardım maşını uğurla çatdırılıb”, - "X" sosial şəbəkəsində yerləşdirilən paylaşımda qeyd edilib.

44 filmi