İsrail ordusu İranın raket anbarlarını məhv etdiyini açıqlayıb – YENİLƏNİB

Digər ölkələr
  • 05 mart, 2026
  • 13:30
İsrail ordusu İranın raket anbarlarını məhv etdiyini açıqlayıb – YENİLƏNİB

İsrail Müdafiə Ordusu bəyan edib ki, Tehranın mərkəzi hissəsindəki obyektlərə zərbələr endirməyə davam edir.

"Report" İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq bir neçə raket anbarı məhv edilib.

"İsrail Müdafiə Ordusu rejimin raket kompleksi infrastrukturuna zərbələr endirib. Tehrandakı hədəflərdən biri İranın ballistik raketləri saxlamaq üçün istifadə etdiyi yeraltı obyekt, eləcə də təyyarələri vurmaq üçün nəzərdə tutulmuş raket anbarları olub.

Bundan əlavə, İsrail dövləti və onun vətəndaşları üçün real təhlükə yaradan bir neçə buraxılış qurğusuna zərbələr endirilib", - bəyanatda bildirilib.

İsrail ordusundan bildirilib ki, hücumlar zamanı Hərbi Hava Qüvvələrinin qırıcısı bir qrup İran hərbçisinin yerini aşkarladıqdan sonra onların hamısını öldürüb.

İsrail Müdafiə Ordusu Tehrana yeni zərbə dalğasının başlandığını elan edib.

"Report" xəbər verir ki, bu barədə hərbi xidmət bildrib.

"İsrail Müdafiə Ordusu Tehrana yeni zərbə dalğasına başlayıb. Ordu İranın paytaxtının müxtəlif rayonlarındakı infrastruktur obyektlərinə genişmiqyaslı hücumların başlandığını bəyan edib", - məlumatda qeyd edilib.