İsrail Livanla sərhəddə baş vermiş insidentə dair məlumatları təsdiqləyib
Digər ölkələr
- 14 avqust, 2023
- 01:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail Livanla sərhəddə insident barədə xəbərləri təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl şübhəli şəxs Livanla sərhəddəki Metula ərazisində (İsrailin şimalındakı yaşayış məntəqəsi - red.) hasara yaxınlaşıb. O, hasara doğru “Molotov kokteyli” atıb. Nəticədə hasarın ərazisindəki borulardan birinə və kabelə ziyan dəyib”, - məlumata qeyd olunub.
Hadisə barədə daha əvvəl “Kan” radiostansiyası məlumat verib. Radiostansiyanın məlumatına görə, İsrail hərbçiləri hücumçunun hərəkətlərinə cavab olaraq havaya bir neçə xəbərdarlıq atəşi açıblar. Yandırıcı qarışığı atan şəxsin kimliyi və onun motivləri barədə məlumat verilmir.
Son xəbərlər
16:45
Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib
Digər ölkələr
16:42
Foto
Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək
Energetika
16:40
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb
İKT
16:40
Foto
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
Fərdi
16:38
Foto
Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib
Xarici siyasət
16:35
Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
16:34
Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti
Analitika
16:32
Foto
Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub
İnfrastruktur
16:32
Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir
Xarici siyasət