İsrail Livanın cənubunda "Hizbullah" hədəflərinə qarşı silsilə hücumlara başlayıb - YENİLƏNİB

Digər ölkələr
  • 06 noyabr, 2025
  • 22:26
İsrail Livanın cənubunda Hizbullah hədəflərinə qarşı silsilə hücumlara başlayıb - YENİLƏNİB

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah"ın elit Radvan qüvvələrinə məxsus infrastruktur və silah anbarlarına bir sıra hava hücumları həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Hizbullah" Livanın cənubundakı terror infrastrukturunu yenidən qurmaq səylərini davam etdirir və İsrail dövlətinə zərər vermək üçün Radvan qüvvələrinin imkanlarını bərpa etməyə diqqət yetirir", - məlumatda deyilir.

İsrail Müdafiə Qüvvələri həmçinin qeyd edib ki, hücumlar nəticəsində mülki şəxslərə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görüb.

Hərbçilərin sözlərinə görə, silah anbarları mülki əhalinin yaşayış mərkəzində yerləşirdi və "Hizbullah"ın mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsinin başqa bir nümunəsi idi.

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah"ın infrastrukturuna silsilə hücumlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr İsrail Müdafiə Qüvvələrinin Ayta əl-Cəbəl, Taybe və Tayr-Debba bölgələrində təxliyə elan etdikdən sonra endirilib.

Hərbçilər həmçinin qeyd ediblər ki, bu dəfə zərbələrin trayektoriyası genişləndirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti