İsrailin 3 vətəndaşı Livandan açılan atəş nəticəsində yaralanıb - YENİLƏNİB
- 17 oktyabr, 2023
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün səhər saatlarında Livanın şimalından Metula şəhərinə atılan raket atəşi nəticəsində İsrailin ehtiyatda olan iki hərbçisi yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.
Bildirilib ki, ehtiyatda olan hərbçilərdən birinin vəziyyəti orta ağırdır, digəri isə yüngül xəsarət alıb. Hücum zamanı İsrailin bir mülki vətəndaşı da yüngül xəsarət alıb.
Hücuma görə məsuliyyəti Hizbullah silahlı qruplaşması öz üzərinə götürüb.
14:51
İsrail Livandan növbəti dəfə raket atəşinə tutulub, cavab tədbirləri görülür.
“Report” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, raket şimaldakı Marqaliot icması yaxınlığındakı hərbi posta atılıb. İtkilər barədə hələ ki məlumat yoxdur.
İsrail Müdafiə Ordusu hücuma artilleriya atəşi ilə cavab verdiyini açıqlayıb.