İsrail təhlükəsizlik qüvvələri axtarışda olan 80-dən çox şəxsi həbs edib - YENİLƏNİB
- 20 oktyabr, 2023
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail təhlükəsizlik qüvvələri axtarışda olan 80-dən çox şəxsi həbs edib.
“Report” xəbər verir ki, məlumatı “Ynet” yayıb.
Bildirilib ki, Tulkkarma şəhəri yaxınlığında yerləşən Nur əş-Şəms qaçqın düşərgəsində keçirilən əməliyyat nəticəsində 12-dən çox qanunsuz silahlı zərərsizləşdirilib, axtarışda olan 20-dən çox şəxs tutulub.
Məlumata görə, oktyabrın 20-də gecə saatlarında İudeya və Samariyada keçirilən əməliyyat zamanı da 47-ci HƏMAS üzvü olmaqla axtarışda olan 60 nəfər həbs edilib.
12:31
İsrailin xüsusi xidmət orqanının əməkdaşları HƏMAS-ın yaradıcılarından və liderlərindən biri olan şeyx Həsən Yusufu tutub.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, HƏMAS-ın İordan çayının qərb sahilindəki liderlərindən şeyx Həsən Yusuf Fələstinin Ramallah şəhərinin cənubunda, Beytuniya kəndində İsrailin təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Məlumata görə, o, 2021-ci ilin dekabrında saxlanıldıqdan sonra 2023-cü il iyulun 9-da həbsxanadan buraxılıb.
H.Yusuf İordan çayının qərb sahilində HƏMAS-ın nüfuzlu liderlərindəndir. 1955-ci ildə Ramallahda anadan olub. Ali dini təhsil alıb. 1992-ci ildən HƏMAS-ın sözçüsü olub. H.Yusuf qruplaşmanın lideri Xalid Məşəllə daim təmasda olub, onun yaxın adamlarından sayılır. İsrailin xüsusi xidmət orqanlarının əməkdaşları onu dəfələrlə tutub.