İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirib
Digər ölkələr
- 07 oktyabr, 2023
- 11:41
İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib.
Bu barədə “Report” İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
Son xəbərlər
10:04
Bu ilin birinci yarısında avtoqəzalarda 285 nəfər ölüb
Hadisə10:02
Xorxe Dominqes "Atletiko"nun heyətində La Liqada çıxış edən ən gənc futbolçu olub
Futbol09:58
DSMF: 7 ayda 25 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin edilib
Maliyyə09:33
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Digər ölkələr09:33
Aksel Vitsel karyerasını "Nitsa"da başa vurmaq istəyir
Futbol09:27
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Digər09:23
Sobyanin: Moskva üzərində 250 PUA vurulub
Region09:22
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Energetika09:07