İspaniyada üçgünlük matəm elan edilib
Digər ölkələr
- 19 yanvar, 2026
- 18:58
İspaniyanın Baş naziri Pedro Sançes Adamus şəhərində qatarların toqquşması nəticəsində azı 39 nəfərin həlak olması ilə əlaqədar üçgünlük matəm elan edib.
"Report" EFE agentliyinə istinadən xəbər verir ki, faciə yerinə baş çəkən hökumət başçısı qəzanın səbəblərinin tam şəffaflıqla açıqlanacağına əmin olduğunu deyib.
"Biz həqiqəti, cavabı öyrənəcəyik", - baş nazir bildirib.
Sançes həmçinin həlak olanların ailələrinə lazımi yardımın göstəriləcəyini vəd edib.
Qeyd edək ki, İspaniyanın Adamus şəhərində 300 sərnişinlə Malaqadan Madridə gedən "Iryo" qatarının bir neçə vaqonu relsdən çıxaraq əks istiqamətdə 184 sərnişinlə Huelva şəhərinə doğru hərəkət edən "Alvia" qatarı ilə toqquşub. Faciə nəticəsində 39 nəfər həlak olub.
Son xəbərlər
01:53
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Region01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42
Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər
Digər ölkələr00:15
ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir
Digər ölkələr23:57
Nardaranda ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - YENİLƏNİB
Hadisə23:51
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər
Digər ölkələr23:34
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
Region23:29