İspaniyada qocalar evində peyvənd vurulanların hamısı koronavirusa yoluxub
Digər ölkələr
- 01 fevral, 2021
- 14:07
İspaniyanın Laqartera şəhərində yerləşən qocalar evinin 78 sakininin hamısı “Pfizer” şirkətinin hazırladığı peyvənd ilə aşılandıqdan sonra koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Toledo əyalətindəki məkanın rəhbərliyinin verdiyi məlumata görə, burada yaşayan bütün yaşlı insanlar yanvarın 13-də peyvəndin ilk dozasını alıb. Əvvəlcə 10 nəfərdə xəstəliyin ilk simptomları aşkarlanıb, amma bunu peyvəndin yan təsirləri ilə əlaqələndiriblər. Ancaq xəstələrin sayının artması bütün qocaları otaqlarında təcrid etmək zərurəti yaradıb.
Bu günə qədər qocalar evində artıq 7 nəfər ölüb. 4 nəfərin durumu ağırlaşdığından xəstəxanaya yerləşdirilib. Digərləri isə təcrid vəziyyətində yaşamağa davam edirlər.
Son xəbərlər
11:39
Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinə daha 18 ailə yola salınıb
Daxili siyasət11:33
Foto
Saatlı və Mingəçevirdə kibertəhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici seminarlar keçirilib
Daxili siyasət11:33
Foto
Video
ADY: Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpasına başlanılıb
İnfrastruktur11:31
Foto
Xüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər
Fərdi11:29
Video
AAYDA: Xocavənddə iki kəndin giriş yolları tikilir
İnfrastruktur11:28
BDU-nun Astrofizika kafedrası: Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq
Elm və təhsil11:25
Nepal ölkələrin axtarış-xilasetmə işlərinin aparılması ilə bağlı yardım təklifindən imtina edir
Digər ölkələr11:22
Foto
Azərbaycan BMT-nin beynəlxalq vergi əməkdaşlığı üzrə beşinci sessiyasına qatılıb
Biznes11:16