İraqda toyda partlayış olub, 16 nəfər ölüb, 30 nəfər yaralanıb

Digər ölkələr
  • 17 noyabr, 2016
  • 18:09
İraqda toyda partlayış olub, 16 nəfər ölüb, 30 nəfər yaralanıb

Bakı. 17 noyabr. REPORT.AZ/İraqınqərbində toyzamanı törədilənpartlayış nəticəsində azı 16 nəfər ölüb, 30-dan çoxinsanyaralanıb.

"Report" TASSa istinadən xəbər verir ki, bu haqda İraqın "As-Sumariya" telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, minalanmış avtomobil Bağdaddan 50 km aralı Anbar əyalətinin Əl-Fəluca şəhərinin cənubnda yerləşən Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.

Xəbərə görə, partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.