Küveytdə neft emalı zavodunun ərazisinə raket qalıqları düşüb, xəsarət alanlar var - YENİLƏNİB

Digər ölkələr
  • 02 mart, 2026
  • 10:08
Küveytdə neft emalı zavodunun ərazisinə raket qalıqları düşüb, xəsarət alanlar var - YENİLƏNİB

Raketlərin qalıqları Küveyt şəhəri yaxınlığındakı "Mina Al Ahmadi" neft emalı zavodunun (NEZ) ərazisinə düşüb, nəticədə iki nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jaseera" televiziya kanalı məlumat yayıb.

Qeyd olunub ki, bu məlumat İranın Fars körfəzindəki ABŞ obyektlərinə yeni hücumları fonunda daxil olub, bununla əlaqədar Küveyt və Bəhreyndə həyəcan siqnalları səslənib, Qətərin paytaxtı Dohada və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə partlayış səsləri eşidilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Bəhreyndə partlayışlar baş verib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, partlayış səsləri Dubay, Doha və Bəhreyndə eşidilib.

İsrail KİV-lərinin məlumatına görə, İran pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirir.

Son xəbərlər

Bütün Xəbər Lenti