İndoneziyada hüquq müdafiəçisinə hücuma görə 4 zabit həbs edilib

Digər ölkələr
  • 10 iyun, 2026
  • 10:26
İndoneziyada hüquq müdafiəçisinə hücuma görə 4 zabit həbs edilib

İndoneziyanın hərbi məhkəməsi çərşənbə günü dörd zabiti üç ilədək həbs cəzasına məhkum edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, onlar ölkədə hərbçilərin rolunun genişləndirilməsinə qarşı çıxan İtkin Düşmüş Şəxslər və Zorakılıq Qurbanları Komissiyasının (KontraS) koordinatorunun müavini Andri Yunusa əvvəlcədən planlaşdırılmış ağır hücumda təqsirli bilinirlər.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərdən biri 3 il, ikincisi 2,5 il, üçüncüsü 2 il, dördüncüsü isə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Nəşr qeyd edir ki, Yunus hərbçilərin İndoneziyanın siyasi və ictimai həyatına artan təsirini tənqid edən fəallardan biri kimi tanınır.

44 - Tezliklə