IHS: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərinin 22%-ni itirib

Digər ölkələr
  • 16 mart, 2016
  • 08:30
IHS: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərinin 22%-ni itirib

Bakı. 16 mart. REPORT.AZ/ İŞİD terror qruplaşması son 14 ayda Suriya və İraqda nəzarət etdiyi ərazilərin 22%-ni itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə IHS analitik agentliyinin araşdırmalarının nəticələrində məlumat verilir.

Şirkətin ekspertlərinin hesablamalarına görə, İŞİD eyni dövrdə həmçinin əsası neft satışından formalaşan gəlirlərinin 40%-ni də itirib.

Analitik agentliyin əvvəlki qiymətləndirilməsi ilə müqayisədə qondarma "İslam Dövləti"nin nəzarəti altında olan ərazi 8% azalıb.