İftekhar Anis: Asiyada münaqişələr mühüm dəniz ticarət yollarını poza bilər
- 09 sentyabr, 2025
- 11:40

Şərqi və Cənubi Asiyada qeyri-sabitlik riskləri yüksək olaraq qalır.
"Report" xəbər verir ki, bunu Banqladeş Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun baş direktoru İftekhar Anis Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun Bakıda keçirilən 13-cü sessiyasında bildirib.
"Asiya böyük iqtisadi çəkiyə (dünya üzrə ÜDM-in 40 %-dən və planet əhalisinin 60 %-dən çoxu) malik olsa da, dünyanın ən kəskin gərginlik ocaqlarına malik region olaraq qalır", - o bildirib.
İ.Anis vurğulayıb ki, Şərqi və Cənubi Asiyada qeyri-sabitlik riskləri yüksək olaraq qalır: Cənubi Çin dənizində ərazi mübahisələri, Tayvan ətrafında gərginlik, Cənubi Asiyada raket sınaqları və nüvə qeyri-müəyyənliyi.
"Bu münaqişələr regional sabitliyi və qlobal tcarət dövriyyəsinin təxminən üçdə birinin keçdiyi vacib dəniz ticarət yollarını poza bilər", - baş direktor qeyd edib.