İtaliyada yanğın zamanı yüzdən çox avtomobil yanıb - VİDEO
- 30 oktyabr, 2018
- 17:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 oktyabr. REPORT.AZ/ İtaliyada yanğın zamanı yüzdən çox "Maserati" avtomobili yanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə daşqınların olduğu Savona limanında baş verib.
Məlumata görə, daşqınlardan əziyyət çəkən limanda iki avtomobil dayanacağı batıb. Hadisə zamanı qısaqapanmanın baş verməsi elektrik cərəyan mənbələrinin - akkumulyatorların partlamasına, bu isə öz növbəsində yanğına səbəb olub.
"Limanda Yaxın Şərqə ixrac edilmək üçün nəzərdə tutulmuş yüzlərlə avtomobil məhv olub", - deyə məlumatda bildirilir.
Bundan əlavə hadisə zamanı yük və minik avtomobillərinə da ziyan dəydiyi bildirilir. Yerli "Savona News" hadisə zamanı bir neçə min avtomobilin yandığını bildirib. Lakin Milli Yanğınsöndürmə Xidmətinin rəsmi məlumatında hadisə zamanı 150 avtomobilin yandığı bildirilir.
#Savona #30ott 10:00, da questa notte squadre dei #vigilidelfuoco sono impegnate nello spegnimento dell’#incendio di oltre 150 autovetture presso l’autoparco portuale: operazioni di bonifica in atto #soccorsiquotidiani pic.twitter.com/KZNbmoSbnS
— Vigili del Fuoco (@emergenzavvf) October 30, 2018