İtaliyada ardarda üç yeraltı təkan qeydə alınıb

Digər ölkələr
  • 31 oktyabr, 2016
  • 08:24
İtaliyada ardarda üç yeraltı təkan qeydə alınıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bazar ertəsinə keçən gecə İtaliyanın mərkəzi hissəsində ardarda üç yeraltı təkan qeydə alınıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, 4,2 maqnituda gücündə olan ən güclü təkan yerli vaxtla 04:27-də Perucada qeydə alınıb.

İlkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində heç kim xəsarət almayıb.