İstanbulda baş vermiş yol qəzasında 19 nəfər xəsarət alıb

Digər ölkələr
  • 03 dekabr, 2017
  • 11:40
İstanbulda baş vermiş yol qəzasında 19 nəfər xəsarət alıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində iki sərnişin avtobusunun toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 10:15-də baş verib. Əraziyə bir neçə təcili yardım maşını göndərilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı təhqiqat aparılır.