İsrailin keçmiş prezidenti vəfat edib
Digər ölkələr
- 07 noyabr, 2015
- 13:50
Bakı. 7 noyabr. REPORT.AZ/ İrsail dövlətinin 5-ci prezidenti, keçmiş maarif və mədəniyyət naziri İtshak Navon 94 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.
O, 1921-ci ildə Qüdsdə anadan olub. İ.Navon 1978-1983-cü illərdə İsrail dövlətinin prezidenti vəzifəsini daşıyıb. 1946-cı ildə kəşfiyyat idarəsinin ərəb bölməsinə başçılıq edib. İsrail dövləti yarandıqdan sonra ölkəsini Uruqvay və Argentinada təmsil edib.
İsrail parlamentinin 6, 7, 8, 9, 11 və 12-ci çağırışlarında Ben-Qurion və "Avod" partiyalarından deputat seçilib. 1984-1990-cı illərdə İsrailin maarif və mədəniyyət naziri işləyib.
O, Misirə səfər edən İsrailin ilk dövlət başçısıdır.
İtshak Navon ölkəsində yazıçı və dramaturq kimi də tanınırdı.
Son xəbərlər
22:47
İtaliya İspaniya ilə sərhəd nəzarətini ləğv etməkdən imtina edib
Digər ölkələr22:21
İranda ağır yol qəzasında 6 nəfər ölüb
Region22:08
Rumıniya enerji böhranı təhlükəsi fonunda elektrik enerjisi ixracını məhdudlaşdıra bilər
Digər ölkələr21:50
Belçika Qrenlandiyaya hərbçilər göndərəcək
Digər ölkələr21:28
ABŞ bu il Hindistana 3,6 milyon ton mayeləşdirilmiş neft qazı tədarük edib
Digər ölkələr21:13
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyib
Digər ölkələr20:57
ABŞ İrana yardım etdiklərinə görə banklara və valyutadəyişmə məntəqələrinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr20:44
Zelenski ilk dəfə Serbiyaya səfər edib
Digər ölkələr20:37