İsraildə COVID-19-a yoluxanların sayı 24 minə yaxınlaşır

Digər ölkələr
  • 28 iyun, 2020
  • 00:25
İsraildə COVID-19-a yoluxanların sayı 24 minə yaxınlaşır

İsraildə son sutkada koronavirusa 621 yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə son 24 saatda üç nəfər COVID-19-un qurbanı olub.

Bununla da İsraildə virusa yoluxanların sayı 23 421 nəfərə, qurbanların sayı isə 317-yə yüksəlib.

Koronavirusa yoluxan 17 002 pasiyent sağalıb, 6 102 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.