İsrail Suriya ərazisinə raket zərbələri endirib

Digər ölkələr
  • 30 aprel, 2020
  • 23:36
İsrail Suriya ərazisinə raket zərbələri endirib

İsrail ordusu Qolan yüksəkliklərindən Suriyanın cənub-qərbindəki Əl-Kuneytra əyalətindəki bir sıra hədəflərə beş raket zərbəsi endirib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Dəməşqin “Şam FM” radiostansiyası yayıb.

Məlumata görə, hava zərbələri nəticəsində əyalətə maddi ziyan dəyib.