İsrail ordusu HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirib

Digər ölkələr
  • 16 yanvar, 2020
  • 23:20
İsrail ordusu HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirib

İsrail hərbiçiləri üzərinə partlayıcı maddələr qoyulan şarların ölkə ərazisinə buraxılmasına cavab olaraq “HƏMAS” hərəkatının mövqelərinə hava zərbələri endirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi açıqlama yayıb.

“Gün ərzində Qəzza zolağından İsrail ərazisinə üzərində partlayıcı maddə olan şarlar buraxılıb. Buna cavab olaraq, bir müddət əvvəl İsrail Müdafiə Nazirliyinə məxsus döyüş helikopteri Qəzzanın şimalında “HƏMAS”ın yeraltı əməliyyatlar üçün istifadə etdiyi infrastruktura zərbələr endirib”.

Qeyd edək ki, çərşənbə günü Qəzza zolağından İsrail ərazisinə dörd raket buraxılıb. Raketlərin ikisi “Dəmir Qübbə” raket əleyhinə müdafiə sistemi tərəfindən məhv edilib.