​İspaniyada qəzaya uğrayan təyyarə Türkiyə HHQ üçün nəzərdə tutulub

Digər ölkələr
  • 09 may, 2015
  • 15:38
​İspaniyada qəzaya uğrayan təyyarə Türkiyə HHQ üçün nəzərdə tutulub

Bakı. 9 may. REPORT.AZ/ İspaniyanın Sevilya şəhərində "Coca-Cola" zavoduna düşən "Airbus A400M" tipli təyyarə Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulubmuş.

"Report" xəbər verir ki, bu barədə "Airlive" portalı yazıb.

Qeyd olunur ki, təyyarə saatda təqribən 310 km. sürətlə qəzaya uğrayıb.

Hadisə nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. İki nəfər haqqında məlumat yoxdur.

44 - Tezliklə