Suriyada müxalifət qüvvələri arasında qanlı toqquşma baş verib
Digər ölkələr
- 04 yanvar, 2015
- 15:29
Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Suriyada terrorçu müxalifət qüvvələri rəqib üsyançı qruplaşmanın üzvləri ilə qanlı toqquşma nəticəsində Dəməşqin şərqində yerləşən qəsəbələrdən birini ələ keçiriblər.
"Report" xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzrə Rəsədxanasına istinadən "Reuters" məlumat yayıb.
Məlumata görə, "İslam ordusu" qruplaşmasının silahlıları "Millət ordusu"nun üzvləri ilə silahlı toqquşmaya giriblər.
Hər iki qruplaşma sünni müsəlmanlardan ibarətdir və onlar Bəşər Əsəd rejiminin devrilməsi uğrunda mübarizə apardıqlarından, aralarında ideoloji münaqişə deyil, hakimiyyət uğrunda mübarizə gedir.
"İslam ordusu" qarşı tərəfin, həmçinin xeyli sayda üzvünü əsir götürüb.
Son xəbərlər
13:56
Lənkəranda meşədə iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb
Hadisə13:53
Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək
Digər ölkələr13:52
Foto
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
Hadisə13:49
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
Futbol13:43
"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir
Futbol13:36
Qurban Qurbanov: "Dinamo" ilə oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq"
Futbol13:28
Naxçıvan Azərbaycanın inkişafında strateji mövqeyini sürətlə gücləndirir - RƏY
Daxili siyasət13:27
IEA: Azərbaycan iyulda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb
Energetika13:26