İŞİD Suriyada Avropa ölkələrinin vətəndaşları da daxil olmaqla, 700 nəfəri girov götürüb

Digər ölkələr
  • 17 oktyabr, 2018
  • 20:24
İŞİD Suriyada Avropa ölkələrinin vətəndaşları da daxil olmaqla, 700 nəfəri girov götürüb

Bakı. 18 oktyabr. REPORT.AZ/ İŞİD terrorçuları Suriyada 700 nəfəri girov götürüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyanın hərbi-diplomatik dairələrindən məlumat yayılıb.

Bildirilir ki, terrorçular Əl-Bəhrə yaşayış məntəqəsindəki qaçqınlar düşərgəsinə hücum ediblər. Onların girov götürdükləri şəxslər arasında Qərbi Avropa ölkələrinin də vətəndaşları var.

İŞİD silahlılarının nəzarəti altında 130-a yaxın ərəb ailəsi Hacindən çıxarılıb.