İŞİD Palmira şəhərində tarixi məbədi dağıdıb

Digər ölkələr
  • 23 avqust, 2015
  • 21:23
İŞİD Palmira şəhərində tarixi məbədi dağıdıb

Bakı. 24 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşmasının növbəti vəhşiliyi dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olub.

"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, terror qruplaşmasının üzvləri Suriyanın Palmira şəhərində qədim Baal-Şamin məbədini yerlə-yeksan ediblər.

Qeyd edək ki, Palmira UNESCO tərəfindən qorunan Dünya İrsi siyahısına daxil edilən qədim şəhərdir.