İŞİD-in 12 min döyüş sursatının saxlanıldığı silah anbarının yeri müəyyənləşib
Digər ölkələr
- 23 aprel, 2016
- 03:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 aprel. REPORT.AZ/Rusiya silahlı qüvvələrinin minatəmizləyənləri İŞİD terror qruplaşmasının Suriyada 12 min döyüş sursatının saxlanıldığı silah anbarının yerini müəyyənləşdiriblər. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, kəşfiyyat qrupu Tadmor şəhəri yaxınlığında terror qruplaşmasının yaxşı masakalanmış və mühafizə edilmiş silah anbarını tapıblar. Anbarda 12 min döyüş sursatı, o cümlədən müxtəlif minalar, artilleriya qurğuları saxlanılır.
Silah arsenalı zərərsizləşdirilib. Rusiya istehkamçıları onu sonradan ləğv etmək üçün təhlükəsiz yerə çıxarmağa hazırlaşırlar.
Son xəbərlər
10:07
IMF bu il Azərbaycanın xarici mövqelərinin yaxşılaşmasının sürətlənəcəyini proqnozlaşdırır
Maliyyə
10:06
AMB İslam maliyyəsinə dair qanunvericilik paketinin detallarını açıqlayıb
Maliyyə
10:05
Pakistanda yanacaq qiymətlərinin artması fonunda milyonlarla sürücü dəstək proqramına müraciət edib
Digər ölkələr
10:01
Azərbaycana turist axını 6 % azalıb
Turizm
10:00
Foto
Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşüb
Digər
09:59
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
09:54
Makron hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin iştirakı ilə müşavirə çağırıb
Digər ölkələr
09:45
Video
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Futbol
09:41
Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
Xarici siyasət