​İŞİD ardıcıllarını Böyük Britaniyada terror aktları törətməyə çağırıb

Digər ölkələr
  • 12 avqust, 2015
  • 03:18
​İŞİD ardıcıllarını Böyük Britaniyada terror aktları törətməyə çağırıb

Bakı. 12 Avqust. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması britaniyalı "cihadçılar"ı Suriyaya döyüşməyə gəlməkdənsə, Böyük Britaniya ərazisində terror aktları törətməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Vice News" nəşri yazıb.

Krallığın hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkədə artıq İŞİD-in ardıcılları var və onlar partlayışlar törədə bilərlər.