İraqın Hit şəhərinə hücum edən 60 İŞİD terrorçusu məhv edilib
Digər ölkələr
- 29 may, 2016
- 08:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 may. REPORT.AZ/ İraqın Ənbar əyalətinin inzibati mərkəzi Ramadidən 70 km. məsafədə yerləşən Hit şəhərinə hücum etmək istəyən ən azı 60 İŞİD terrorçusu hökumət qoşunları tərəfindən məhv edilib.
“Report” xəbər verir ki, bu barədə regionda hərbi əməliyyatlar komandanlığı bəyanat yayıb.
"İraq ordusunun dəstələri İŞİD qruplaşmasının Hit şəhərinə hücumunun qarşısını alıb, ən azı 60 terrorçu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.
Eyni zamanda, "Əl-Cəzirə" telekanalının məlumatına görə, yaraqlıların Hitə hücumu zamanı onlar bir neçə şəhərətrafı məhəlləni ələ keçirə biliblər.
Hökumət qoşunları 15 əsgərini itirib.
Son xəbərlər
10:30
DSMF: 9 ayda sosial şəbəkələrdə 14 mindən çox vətəndaş müraciəti cavablandırılıb
Maliyyə10:28
İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Media10:28
İlham Əliyev: Azərbaycan AQEM çərçivəsində media və kommunikasiyanın inkişafına xüsusi diqqət ayırır
Media10:28
Kayrat Sarıbay: Hökumətlərarası səmərəli ünsiyyət mexanizminin qurulması əsas prioritetdir
Xarici siyasət10:25
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb - ƏLAVƏ OLUNUB
Xarici siyasət10:24
Azərbaycanın iştirakı ilə "Made in Central Asia" brendi altında istehsala başlanılacaq
Biznes10:22
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
Fərdi10:20
Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə10:17