​İraqda futbol azarkeşlərinin olduğu kafe partladılıb

Digər ölkələr
  • 23 yanvar, 2015
  • 21:20
​İraqda futbol azarkeşlərinin olduğu kafe partladılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın cənubunda kafedə törədilən partlayış nəticəsində ən azı iki nəfər ölüb, ondan çox insan yaralanıb.

"Report" xəbər verir ki, partlayış futbol azarkeşlərinin İraq yığmasının Asiya Kubokunun 1/4 finalında İran üzərində qələbəsini qeyd etdikləri zaman baş verib.

"İlkin məlumatlara görə, partlayış qələbədən dərhal sonra məsafədən idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində baş verib", - deyə polis əməkdaşı bildirib.