İraq Mosul yaxınlığında əməliyyata başlayıb

Digər ölkələr
  • 23 avqust, 2016
  • 23:55
İraq Mosul yaxınlığında əməliyyata başlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ İraq hərbçiləri Mosulun cənubunda yerləşən Kayar şəhərinin İŞİD terror təşkilatı silahlılarından azad olunması üçün əməliyyata başlayıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Qərb mətbuatı məlumat yayıb.

Əməliyyat İraq xüsusi təyinatlılarının iştirakı və İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın havadan dəstəyi ilə aparılır.

İraq qüvvələrinə yerli əhali də köməklik göstrir.