İran Səudiyyə Ərəbistanını Yəməndəki səfirliyinə hava zərbələri endirməkdə ittiham edib

Digər ölkələr
  • 07 yanvar, 2016
  • 11:42
İran Səudiyyə Ərəbistanını Yəməndəki səfirliyinə hava zərbələri endirməkdə ittiham edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Rəsmi Tehran Səudiyyə Ərəbistanını İranın Yəməndəki səfirliyinə hava zərbələri endirməkdə ittiham edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, aviazərbələr paytaxt Sanaya endirilib. Səfirliyin bir neçə işçisi yaralanıb.

Bundan əlavə, İran Səudiyyə Ərəbistanını qadağan olunmuş kasset bombasından istifadə etməkdə ittiham edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası isə öz növbəsində Sanaya zərbələrin husilərə qarşı olduğunu bildirib.

44 - Tezliklə