İran prezidentinin Fransaya iki günlük səfəri başlayır

Digər ölkələr
  • 26 yanvar, 2016
  • 21:27
İran prezidentinin Fransaya iki günlük səfəri başlayır

Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 27-də İran prezidenti Həsən Ruhaninin Fransaya iki günlük rəsmi səfərə başlayır.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, H.Ruhani Parisə İtaliyadan gələcək.

Ruhaninin Fransa səfəri ötən ilin noyabr ayına planlaşdırılsa da, Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktları səbəbindən təxirə salınmışdı.

Paris danışıqlarının yekunu olaraq İranla Fransa arasında iqtisadi sahədə bir sıra sazişin imzalanması gözlənilir.