HRW: “Əfqanıstandakı “Taliban” rejimi qadınlara qarşı təqibləri davam etdirir”
- 08 sentyabr, 2023
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
“Əfqanıstandakı “Taliban” rejimi qadınlara qarşı təqibləri davam etdirir”.
“Report” xəbər verir ki, bu barədə “Human Rights Watch” təşkilatının bu gün açıqladığı hesabatda bildirilib.
Qeyd olunub ki, “Taliban” ölkədə insanlıq əleyhinə cinayətlər törədir: “Onlar 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınları əsas hüquqlarından məhrum etmək siyasəti yeridirlər. Bunun üçün müxtəlif addımlar atılır”.
Bildirilib ki, "Taliban” liderlərini məsuliyyətə cəlb etmək üçün aidiyyəti hökumətlərin koordinasiyalı dəstəyi lazımdır: “Qadınlara təqibləri həyata keçirmək üçün müxtəlif fərmanlar qəbul edilib. Bu sənədlər qadınların hərəkət və ifadə azadlığını məhdudlaşdırır və müvafiq cəza tədbirlərini nəzərdə tutur”.