Honkonqda "Raqasa" supertayfunu nəticəsində xəsarət alanların sayı 100-ü ötüb
Digər ölkələr
- 24 sentyabr, 2025
- 20:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsində (XİB) "Raqasa" tayfunu ilə bağlı hadisələrdə xəsarət alanların sayı 101-ə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə XİB hökuməti məlumat yayıb.
"Bu gün tayfun zamanı 59 kişi və 42 qadın xəsarət alıb və onlara dövlət xəstəxanalarının təcili yardım şöbələrində tibbi yardım göstərilib", - məlumatda deyilir.
Daha əvvəl 62 nəfərin yaralandığı bildirilirdi.
905 nəfər 50 müvəqqəti sığınacaqda yerləşdirilib. Hakimiyyət orqanları yıxılan ağaclarla bağlı mindən çox məlumat alıb. Şəhər xidmətləri yolları və küçələri aşan ağac və budaqlardan təmizləyir. Sahilyanı ərazilərdə 22 daşqın və 4 sürüşmə hadisəsi qeydə alınıb.
Son xəbərlər
14:45
XRİTDX Azərbaycanda informasiya sistemlərinin auditində yaranan texniki problemlərin səbəbini açıqlayıb
İKT14:43
Almaniyanın Azərbaycandakı səfiri oktyabrın əvvəlində Qarabağa səfər etməyi planlaşdırır
Xarici siyasət14:39
Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər
Digər ölkələr14:38
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
Futbol14:34
Texnologiyada qadın gücü: "Bir" "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb
Maliyyə14:29
Zelenski Ukraynaya 2,9 milyard avro ödənilməsi qərarına görə Aİ-yə təşəkkür edib
Digər ölkələr14:05
Məcnun Məmmədov: "Bu il 89 min hektar sahədə pambıq yığımı gözlənilir"
ASK14:05
Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB-4
Hadisə14:00