Honkonqda etiraz aksiyalarına dəstəyə görə 3 deputat saxlanılıb

Digər ölkələr
  • 09 noyabr, 2019
  • 18:50
Honkonqda etiraz aksiyalarına dəstəyə görə 3 deputat saxlanılıb

Honkonqda etiraz aksiyalarının iştirakçılarına dəstəyə görə 3 deputat saxlanılıb. Bundan başqa, daha bir neçə deputat polis bölməsinə çağırılıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, deputatların saxlanılmasına səbəb onların mayın 11-də keçirilən iclasda qanun layihəsinin müzakirəsinə maneçilik törətmələri olub. İclasda şübhəli şəxslərin Çinə, Tayvana ekstradisiyasını yüngülləşdirən qanun layihəsi müzakirə edilib. Bununla bağlı daha 4 deputat isə polis bölməsinə çağırılıb.

Honkonqda etirazlar ekstradisiya haqqında qanuna düzəlişə görə başlayıb. Qanun şübhəli şəxslərin Çinə ekstradisiya olunmasını nəzərdə tuturdu. Honkonq rəhbərliyi oktyabrın 23-də kütləvi etirazlara səbəb olan ekstradisiya haqqında qanun layihəsinin Qanunverici Şuradan geri çağırılması üzrə rəsmi proseduru həyata keçirib. 

Etiraz aksiyaları iyundan davam edir.