Homsda terror aktı nəticəsində 22 nəfər ölüb

Digər ölkələr
  • 12 dekabr, 2015
  • 14:48
Homsda terror aktı nəticəsində 22 nəfər ölüb

Bakı. 12 dekabr. REPORT.AZ/ Suriyanın Homs şəhərində bu gün baş verən iki partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Əl-Əhli" xəstəxanasının yanında törədilmiş terror aktı zamanı 70-dən çox adam yaralanıb və xəstəxanaya çatdırılıb.

Xəstəxanadakı mənbənin məlumatlarına görə, təkcə elə adıçəkilən səhiyyə müəssisəsində 70 yaralı və xəsarət alan var. Yaralıların bir hissəsi isə başqa xəstəxanalara aparılıb.