Hindistanda avtoqəza olub, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Digər ölkələr
  • 02 oktyabr, 2026
  • 11:16
Hindistanda avtoqəza olub, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Hindistanın cənub-qərbində yük maşınının mikroavtobusala toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hindistan polisinin məlumatına görə, yük maşını yüksək sürətlə hərəkət edib və mikroavtobusa çırpılıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyəti kritikdir.